Modern.az

QMİ-dən Həccin 2660 manat bahalaşmasına cavab: Qiymətlərdə ciddi artım yoxdur! 

QMİ-dən Həccin 2660 manat bahalaşmasına cavab: Qiymətlərdə ciddi artım yoxdur! 

Ölkə

13 Fevral 2024, 10:32

Azərbaycanda Həcc ziyarətinin bahalaşmasının səbəbi açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, "Sputnik"ə danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, ölkəmizdə Həcc ziyarətinin qiymətində ciddi bahalaşma yoxdur.

 

O, qiymət artımının təxminən 100 ABŞ dolları civarında olduğunu söyləyib.

 

"Dünyada baş verən müharibələr və qlobal iqtisadi böhran fonunda hər yerdə olduğu kimi, Səudiyyə Ərəbistanı Krallığında da bahalaşmalar müşahidə olunur. Bu da Həcc ziyarətinin qiymətində cüzi bahalaşmaya səbəb olub", - Vüsal Cahangiri bildirib.


V.Cahangiri qeyd edib ki, dini qurum olaraq bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi normaldır. Onun fikrincə, təhlükəsizlik məqsədilə Həcc ziyarətini QMİ-nin təşkil etməsi daha yaxşıdır. Çünki, əks halda, bəzi xoşagəlməz hallar baş verir:

"Bəzi şəxslərin başqa qurumlar tərəfindən oralara getməsi, arzuolunmaz işlərlə məşğul olması problemlərə səbəb olur. Ona görə də bu ziyarətin QMİ tərəfindən təşkil edilməsi daha məqbuldur".

 

Qurum səlahiyyətlisi onu da bildirib ki, Həcc ziyarəti iyun ayında baş tutacaq: "Ziyarətə iyun ayının əvvəlindən başlanılması, həmin ayın sonunda isə isə zəvvarların geri dönməsi planlaşdırılıb".

 

Qeyd edək ki, Modern.az-ın apardığı araşdırmaya görə, pendemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada