Modern.az

Sərhəddə yaralanan Pərviz 7 ayın əsgəri imiş... - Dayısı Modern.az-a DANIŞDI

Sərhəddə yaralanan Pərviz 7 ayın əsgəri imiş... - Dayısı Modern.az-a DANIŞDI

Ölkə

13 Fevral 2024, 12:08

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.

 

Yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə 2001-ci ildə anadan olub. O, Bərdə rayonunun Qarayusifli kəndindəndir.

 

Modern.az yaralanan hərbçimizin yaxınları ilə əlaqə saxlayıb.

 

Pərviz Xəlilzadənın dayısı saytımıza açıqlamasında bildirib ki, hərbçimizin atası və anası hazırda onun yanındadır.

 

"Biz danışmışıq, vəziyyəti yaxşıdır. Bundan da yaxşı olacaq”, - o qeyd edib.

 

Dayısının sözlərinə görə, Pərviz yeddi ayın hərbçisi idi. O, Lənkəran Dövlət Universitetinin Tarix-coğrafiya müəllimliyi ixtisasının məzunudur:

 

"Yayda xidmətini başa vuracaq. Ailədə beş nəfərdilər. Ondan əlavə bir bacısı, bir qardaşı var. İndi ailəsi onun yanındadır. Müalicəsi davam etdirilir".

 

1323291

Qeyd edək ki, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumata əsasən, daxil olmuş məlumat əsasında Qubadlı Hərbi Prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq zəruri tədbirlər görülüb, hadisə yerinə baxış keçirilib və digər hərəkətlər icra edilib.

 

Fakt üzrə Qubadlı Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. İstintaq davam etdirilir, qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin olunacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi