Modern.az

İlham Əliyev 3 gün ərzində and içəcək...

İlham Əliyev 3 gün ərzində and içəcək...

13 Fevral 2024, 13:10

Xəbər verdiyimiz kimi, Konstitusiya Məhkəməsi fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticəsini təsdiqləyib. Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.

 

Modern.az-ın məlumatına görə, prezident 3 gün ərzində and içəcək.

 

Belə ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir.

 

Dövlət başçısı and içən zaman aşağıdakı mətni oxuyur:

 

“Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

 

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada