Modern.az

Vaşinqtondan Bakı və İrəvana sülh ÇAĞIRIŞI

Vaşinqtondan Bakı və İrəvana sülh ÇAĞIRIŞI

14 Fevral 2024, 00:22

ABŞ Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmadan narahatdır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik brifinq zamanı deyib.

 

O qeyd edib ki, gücdən istifadə edilməsi sülh danışıqlarına ziyan vurur.

 

"Davamlı sülhə aparan yeganə yol danışıqlar masasından keçir. Atəşkəs rejiminin pozulması hallarını araşdırmaq və müvafiq tədbirlər görmək lazımdır. Dövlət katibinin daim vurğuladığı kimi, ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdir”, - Miller vurğulayıb.

 

Qeyd edək ki, Ermənistan Azərbaycanla şərti sərhəddə iki təxribat törədib. Dünən saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

 

Təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Dünən gecə saatlarında həm də Tovuz atəşə tutulub.

 

Ordumuz Ermənistanın Zəngilan istiqamətində təxribatına cavab olaraq "qisas əməliyyatı" keçirib. Əməliyyat nəticəsində qarşı tərəfin döyüş postu darmadağın edilib. Ermənistan bir neçə hərbçisinin öldüyünü və yaralandığını açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu