Xəbər verdiyimiz kimi, Bakıda 25 yaşlı oğlu Əhməd Əhmədov tərəfindən qətlə yetirilən Bikə Əhmədova Xətai rayonu 59 saylı tam orta məktəbin direktoru olub.
Modern.az-ın məlumatına görə, o, həmçinin seçki məntəqəsinin də sədri olub.
Bikə Əhmədova 35 saylı seçki dairəsinin 19 saylı məntəqəsinin sədri vəzifəsində çalışıb.
Bikə Əhmədova fevralın 7-də keçirilən prezident seçkiləri zamanı "Xalq qəzeti"nə də müsahibə verib. Mərhim açıqlamasında seçicilərin fəallığının çox yüksək olduğunu bildirib: “Məntəqəmizdə 1459 seçici qeydiyyatdadır. Fəallıq yüz faizdir. Gördüyünüz kimi, seçicilər bülletenləri almaq üçün gözləməli olurlar. Bu saatadək nə qədər seçici gələcəyini gözləyirdiksə, o qədər də gəlib”.
O, 2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə Təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib. 2015-ci ildə məktəb direktorları və direktor müavinləri üçün məktəbin idarə edilməsi üzrə təlimlərdə iştirak edib. III və IV Qrant layihənin qalibi olub.