Modern.az

İlham Əliyevlə Mehriban Əliyeva Şəhidlər xiyabanında

İlham Əliyevlə Mehriban Əliyeva Şəhidlər xiyabanında

14 Fevral 2024, 13:44

Fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət ediblər.


Modern.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edərək, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.


Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr etdilər.
Sonra xatirə şəkli çəkdirildi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu