Modern.az

Sərhəddə yaralanan Pərvizin vəziyyəti necədir? - Atasından AÇIQLAMA

Sərhəddə yaralanan Pərvizin vəziyyəti necədir? - Atasından AÇIQLAMA

Ölkə

15 Fevral 2024, 11:20

Fevralın 12-də Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb.


Yaralanan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu Pərviz Xəlilzadə 2001-ci ildə anadan olub. O, Bərdə rayonunun Qarayusifli kəndindəndir.


Modern.az yaralanan hərbçinin atası Ağakişi Xəlilzadə ilə yenidən əlaqə saxlayıb.


“Xəbəri eşidəndə özümü biraz pis hiss elədim. Bizə maşın təşkil etdilər. Hərbi xidmətin maşınları yoldaşımla məni Bakıya apardılar. Axşam əməliyyata aldılar, iki-üçü saat çəkdi. Boğazına girən gülləni çıxardılar, bizə də göstərdilər. Həmin gün görüşə bilmədik. Səhəri gün görüşüb, özü ilə danışdıq. Hadisə barədə özü məlumat verib. Postda, bunkerin içində olub hadisə”, - o, saytımıza açıqlamasında belə deyib.

 

Fotoda: DSX rəisi Elçin Quliyev yaralı sərhədçini ziyarət edib


Atası hazırda Pərvizin vəziyyəti ilə bağlı da məlumat verib: 

 

“Şükür vəziyyəti yaxşıdır, hələ ki, pis deyil. Biz anası ilə birlikdə rayona gəldik. Dünən bizi görüşdürdülər, 3-4 dəfə yanında olduq. İndi qardaşı yanındadır. Sabah yenə Bakıya qayıdacağıq. Elə bir az sonra özü ilə zəng edib danışacağıq. Dünən yanında idik. Gələnlər də çox idi, komandirlər də sağ olsunlar gəlmişdilər. 
Bir-iki günə oradan çıxarıb, hərbi xəstəxanaya yönləndirəcəklərini dedilər. Həkimlərimiz də sağ olsunlar, Allah kömək olsun. Hər kəsə təşəkkür edirəm. Bizi Bakıda yaxşı qarşıladırlar, hər cür şərait yaratdılar”.

 

Qeyd edək ki, ordumuz Ermənistanın Zəngilan istiqamətində təxribatına cavab olaraq "qisas əməliyyatı" keçirib. Əməliyyat nəticəsində qarşı tərəfin döyüş postu darmadağın edilib. Ermənistan bir neçə hərbçisinin öldüyünü və yaralandığını açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri