Modern.az

İlham Əliyev Əli Əsədovu Baş nazir TƏYİN ETDİ

İlham Əliyev Əli Əsədovu Baş nazir TƏYİN ETDİ

16 Fevral 2024, 13:30

Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin olunub.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Prezident Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 4-cü bəndini rəhbər tutaraq Əli Hidayət oğlu Əsədovu Azərbaycan Respublikasının Baş naziri təyin edib.

 

Qeyd edək ki, bu gün Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu