İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzani COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət olunub.
Modern.az xəbər verir ki, dəvət Prezident İlham Əliyevin fevralın 17-də Münxendə Neçirvan Bərzani ilə görüşü zamanı gerçəkləşib.
Xatırladaq ki, bu il Azərbaycanda COP-29 keçiriləcək. Bu qərar ötən il dekabrın 11-də BƏƏ-nin Dubay şəhərində keçirilmiş COP28-in plenar iclasında qəbul edilib.