Modern.az

Bu qurumlar da Nazirlər Kabinetinin tərkibinə DAXİL EDİLİB

Bu qurumlar da Nazirlər Kabinetinin tərkibinə DAXİL EDİLİB

17 Fevral 2024, 12:43

Xəbər verdiyimiz kimi, dünən Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Əvvəlki tərkib, demək olar ki, dəyişməyib. Yeni kabinetdə ədliyyə naziri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri öz vəzifələrini itirib.

 

Ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ədliyyə nazirinin müavini Azər Cəfərova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası isə Komitə sədrinin birinci müavini Səyyad Salahlıya həvalə edilib.

 

Modern.az Prezident İlham Əliyevin Nazirlər Kabinetinin yeni tərkibi ilə bağlı sərəncamı ilə bağlı daha bir diqqətçəkən məqamı təqdim edir.

 

Belə ki, Nazirlər Kabinetinin yeni tərkibinə daha iki qurum əlavə edilib. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov da Nazirlər Kabinetinin yeni tərkibində təmsil olunub.

 

Milli Arxiv İdarəsi əvvələr Nazirlər Kabinetinin tərkibində olsa da, 2018-ci ildə bu tərkibdən çıxarılıb.

 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə ötən il Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin yeni tərkibində 34 nəfər təmsil olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?