Modern.az

İlham Əliyev Ərdoğanla görüşəcək - Sənədlər imzalanacaq

İlham Əliyev Ərdoğanla görüşəcək - Sənədlər imzalanacaq

19 Fevral 2024, 10:08

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə rəsmi səfərdədir. Dövlət başçısı dünən axşam saatlarında birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ankaraya gedib.

 

Modern.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası səfərin gündəliyi barədə məlumat yayıb.

 

Bildirilir ki, İlham Əliyev bu gün Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Ərdoğan Beştəpədə yerləşən prezident iqamətgahında Azərbaycan liderini rəsmi mərasimlə qarşılayacaq.

 

Sonra iki dövlət başçısı arasında əvvəlcə təkbətək, sonra isə geniştərkibli görüş olacaq. Prezidentlər ikitərəfli əlaqələrin bütün istiqamətlərini nəzərdən keçirəcəklər, həmçinin əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atıla biləcək addımlar barədə fikir mübadiləsi aparacaqlar. Rəcəb Tayyib Ərdoğan İlham Əliyev ikitərəfli münasibətlərlə yanaşı, aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

 

Daha sonra dövlət başçılarının iştirakı ilə Türkiyə və Azərbaycan arasında sənədlər imzalanacaq.

 

Liderlərin birgə mətbuat konfransı keçirəcəyi bildirilir. Səfərin sonunda Türkiyə Prezidenti azərbaycanlı həmkarının şərəfinə rəsmi şam yeməyi verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu