Modern.az

Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması: Masada iki alternativ var...

Türkiyəli nazirdən Zəngəzur dəhlizi açıqlaması: Masada iki alternativ var...

19 Fevral 2024, 10:38

Ermənistan keçən 43 kilometrlik Zəngəzur dəhlizi ilə bağlı masada iki alternativ var.

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu "Hürriyet" qəzetinə müsahibəsində deyib.

 

"Əgər Ermənistan tərəfində problem yaranarsa, Azərbaycanın İrandan dəhlizin keçməsi ehtimalı ilə bağlı təmasları var. Buna görə də iki alternativ var. Bu alternativlərin hər ikisi hazırda masadadır”, - nazir vurğulayıb.

 

O qeyd edib ki, Azərbaycan tərəfi layihə ilə tikintini davam etdirir:

 

"Naxçıvan və bizim tərəf üçün tender keçirilib. 106 kilometrlik yol bərpa ediləcək və ya yenidən qurulacaq. Dediyim kimi, hər iki alternativ masadadır".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu