Modern.az

Bələdiyyələrə verilən qəbiristanlıqların sayı AÇIQLANDI

Bələdiyyələrə verilən qəbiristanlıqların sayı AÇIQLANDI

19 Fevral 2024, 13:56

Ölkədə 4204 qəbiristanlıq var, onların 3268-i bələdiyyələrə təhvil verilib.

 

Modern.az xəbər verir ki, bu barədə Regional məsələlər komitəsinin iclasında Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

 

O qeyd edib ki, hələ 900-dən çox qəbiristanlıq təhvil verilməyib.

 

"Bunun bir neçə səbəbi var. Bəzi qəbiristanlıqların sənədləri olmadığı üçün iş prosesi uzanır. Bəzi rayon icra hakimiyyətlərində də bununla əlaqədar komissiya yaradılsa da, bu komissiyaların işi dayandırılıb. Yaxın zamanda qəbiristanlıqlar bələdiyyələrə təhvil verilməsinə başlanılacaq”,- deyə nazir müavini bildirib.

 

Xatırladaq ki, 2018-ci ildə Milli Məclisin qəbul etdiyi qanuna dəyişikliklə Azərbaycanda qəbiristanlıq əraziləri bələdiyyələrin səlahiyyətinə verilib

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu