Modern.az

Ərdoğan İlham Əliyevi Ankarada belə qarşıladı - FOTOLAR

Ərdoğan İlham Əliyevi Ankarada belə qarşıladı - FOTOLAR

19 Fevral 2024, 15:36

Fevralın 19-da Türkiyə Respublikası Prezidentinin Sarayında - Külliyedə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Türkiyə Prezidentinin Sarayına gəlib.

 

Sarayın qarşısındakı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

 

Prezident İlham Əliyevin şərəfinə toplardan yaylım atəşinin müşayiəti ilə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səslənib.

 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

 

Prezident İlham Əliyev fəxri qarovul dəstəsini salamlayıb.

 

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

 

Türkiyənin rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Rəcəb Tayyib Ərdoğana təqdim edilib.

 

Sonra rəsmi foto çəkdirilib.

 

1325124

132512513251261325127

1325128

1325129

1325130

1325131

132513213251331325135

 

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu