Modern.az

Hakim olmaq istəyənlər üçün 30 yaş tələbi LƏĞV EDİLİR

Hakim olmaq istəyənlər üçün 30 yaş tələbi LƏĞV EDİLİR

Ölkə

20 Fevral 2024, 16:04

Hakim vəzifəsinə namizədlər üçün 30 yaş tələbi ləğv edilir.

 

Modern.az xəbər verir ki, bu, “Məhkəmələr və hakimlər haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.


Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

 

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, yaşı 30-dan aşağı olmayan, seçkilərdə iştirak etmək hüququna malik olan, ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola bilərlər. (APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu