Modern.az

Bayramov Mirzoyanla nə vaxt görüşəcək? - İrəvandan AÇIQLAMA

Bayramov Mirzoyanla nə vaxt görüşəcək? - İrəvandan AÇIQLAMA

20 Fevral 2024, 19:40

Ermənistan və Azərbaycan XİN başçılarının görüşünün yeri və tarixi barədə müzakirələr aparılır.

 

Modern.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib

 

“Tərəflər razılığa gəlir, yekun razılıq əldə olunarsa, əlavə məlumat verəcəyik”, - XİN-in sözçüsü “Azatutyun”a deyib.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.

 

Eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyasına dair danışıqların davam etdirilməsi ilə bağlı tapşırıq verilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI