Modern.az

Azərbaycan Pakistandan döyüş təyyarələri alıb?

Azərbaycan Pakistandan döyüş təyyarələri alıb?

Ölkə

22 Fevral 2024, 09:16

Azərbaycanın Pakistandan JF-17 döyüş təyyarələrinin alınması barədə saziş imzaladığı bildirilir.

 

Modern.az-ın məlumatına görə, bu barədə Pakistan mətbuatı xəbər yayıb.

 

Məlumata görə, "Pakistan Aeronautical Complex" şirkəti ilə “JF-17C Blok-III” döyüş təyyarələrinin alınması barədə saziş imzalanıb. 1.6 milyard dollarlıq sazişə qırıcılarla yanaşı təlim və döyüş sursatlarının da daxil olduğu iddia edilir.

 

Qeyd edək ki, Pakistan şirkəti və hökuməti, eləcə də Azərbaycan tərəfi iddia ilə bağlı hələlik heç bir açıqlama verməyib.

 

Azərbaycan bir neçə ildir ki, Pakistanın yerli istehsal qırıcıları ilə maraqlanır. İki il əvvəl Azərbaycanın İslamabaddakı səfirliyinin hərbi attaşesi polkovnik Mehman Novruzov “The Week”ə açıqlamasında bildirib ki, Azərbaycan Pakistan ilə öz hərbi-hava qüvvələrinin müasirləşdirilməsi üzərində çalışır və “Block 3” modifikasiyalı JF-17 qırıcısı almaq niyyətindədir. "Bu modifikasiyada kabinin elektronikası və radar sistemləri təkmilləşdirilmişdir", - o deyib.

 

JF-17 “Thunder” qırıcıları yüngül, tək mühərrikli, stels texnologiyalı, çoxməqsədli dördüncü nəsil qırıcı-bombardmançı döyüş təyyarəsidir. Qırıcı ilk növbədə Pakistan Hərbi Hava Qüvvələrinin təlabatını ödəmək üçün “Pakistan Aviasiya Kompleksi” (PAC) və Çin şirkəti olan “Çenqdu Aviasiya Sənaye Korporasiyası” (CAC- Chengdu Aircraft Industries Corporation) tərəfindən hazırlanıb. "Blok-III” model sözügedən qırıcıların ən təkmil versiyası hesab edilir.

 

Qeyd edək ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq mövcuddur. Azərbaycan daha əvvəl Pakistandan "Super Muşşak" təlim təyyarələri alıb.

1325856

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi