Modern.az

Azərbaycan Türkiyənin \"Kaan\" qırıcıları ilə maraqlanır

Azərbaycan Türkiyənin \

23 Fevral 2024, 10:50

Türkiyənin qardaş ölkələri yerli müəssisələr tərəfindən istehsal edilən "Kaan" qırıcıları ilə maraqlanır.

 

Modern.az xəbər verir ki, bu barədə qırıcıların istehsalı işinə məsul olan TUSAŞ şirkətinin baş direktoru Temel Kotil “TRT Haber”ə müsahibəsində deyib.

 

O, Azərbaycanın da döyüş təyyarələri ilə maraqlandığını bildirib. "Satış məsələsi ilə bağlı danışa bilmərəm. Bu, dövlətin məşğul olduğu işdir. Amma “Kaan” ciddi texnikadır”, - Kotil əlavə edib.

 

Şirkətin baş direktoru qeyd edib ki, “Kaan” qardaş ölkələr üçün əhəmiyyətlidir.

 

Temel Kotil döyüş təyyarəsinin 5-ci nəsil qırıcı olduğunu və altıncı nəsilə çevrilməsi üzərində işlərin getdiyini vurğulayıb.

 

Qeyd edək ki, "Kaan" ilk uçuşunu 21 fevral 2024-cü ildə həyata keçirib. Təyyarənin ilkin olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan köhnə F-4 və F-16 təyyarələrini əvəz edəcəyi və daha sonra xarici ölkələrə ixrac ediləcəyi gözlənilir.

 

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib ki, beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.

 

Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda KAAN təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk KAAN təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, - deyə Türkiyə rəhbəri bildirib.

 

Qeyd edək ki, Azərbaycan isə hələ ötən ildən “Kaan” proqramının rəsmi üzvü olub. Müqaviləyə görə “Kaan”ın birgə istehsal və təkmilləşdirmə fəaliyyəti ilə bağlı iş prosedurları, əməkdaşlıq prinsipləri müəyyən ediləcək və Azərbaycanın təyyarələr üçün alt sistemləri istehsal etməsinə zəmin yaranacaq. Saziş Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanıb.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?