Modern.az

Zelenski Azərbaycana GƏLİR?

Zelenski Azərbaycana GƏLİR?

Ölkə

23 Fevral 2024, 23:40

Xəbər verdiyimiz kimi, erməni mətbuatında Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfər edəcəyi barədə məlumat yayılıb. Xəbəri "factor.am" nəşri yazıb.

 

Modern.az-ın məlumatına görə, "Azadlıq" radiosunun erməni bürosunun mənbələri də məlumatı təsdiq edib.

 

Adı açıqlanmayan diplomatik mənbə bildirib ki, Ukrayna lideri martın 4-də Ermənistana gələcək. Bu, Zelenskinin Ermənistana ilk səfəri olacaq.

 

Mənbənin iddiasına görə, Zelenskinin səfəri regional olacaq. Belə ki, Ukrayna liderinin Azərbaycana da səfər edəcəyi iddia edilir. Lakin bu barədə rəsmi açıqlama verilməyib.

 

Ukraynanın Ermənistandakı diplomatı Valeri Lobax məlumatı nə təsdiq, nə də təkzib edib. “Azadlıq” radiosunun sualına ancaq “Bahar Ermənistana müsbət hadisələr gətirəcək” deyə cavab verib.

 

“Əslində hazırda deyiləsi çox şey var, amma heç nə deyə bilmərəm, bir neçə gündən sonra bundan sonra nə edəcəyiniz barədə xəbər eşidəcəksiniz. Mən də öz növbəmdə deyim ki, Ukrayna Ermənistanı dəstəkləməyə hazırdır. Ölkəmiz regionun sabitləşməsi üçün hər şeyi edəcək”, - Lobax bildirib.

 

"Caliber" nəşrinin mənbələri isə Zelenskinin Azərbaycana səfərini təsdiqləməyib. Onun yalnız Ermənistana səfər edəcəyi gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi