Modern.az

İrəvandan Zelenskinin səfəri barədə iddiaya CAVAB 

İrəvandan Zelenskinin səfəri barədə iddiaya CAVAB 

Ölkə

24 Fevral 2024, 13:13

Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskinin İrəvana planlaşdırılan səfəri barədə yayılan məlumatlara cavab verib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bu haqda iddiaları qısaca belə cavablandırıb:

“Deyə bilərəm ki, yüksək səviyyəli səfərlər vaxtında məlumatlandırılır”.

Bundan əvvəl mətbuatda Vladimir Zelenskinin martda İrəvana və Bakıya səfər edəcəyi barədə məlumat yayılmışdı.

Qeyd olunur ki, Ermənistana səfər yəqin ki, martın 4-də baş tutacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi