Modern.az

Kəmaləddin Heydərovun yeni müavini kimdir? - DOSYE

Kəmaləddin Heydərovun yeni müavini kimdir? - DOSYE

26 Fevral 2024, 14:04

Xəbər verdiyimiz kimi, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.
 
Prezident İlham Əliyevun sərəncamı ilə general-mayor Adil Abdullayev nazir müavini postuna təyinat alıb.
 

Modern.az saytının məlumatına görə, general-mayor Adil Abdullayev  21 sentyabr 1977-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Ailəlidir, 2 övladı var.

Adil Abdullayev son təyinata qədər Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

O, FHN-dən öncə Dövlət Gömrük Komitəsində Daxili Təhlükəsizlik İdarəsinin şöbə rəisi olub.

Qeyd edək ki, fövqəladə hallar nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra (2022-ci ilin avqustundan-red.) bu vəzifə boş idi.

Hazırda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun 8 müavini var:

General-leytenant Rəfail Mirzəyev – 1-ci müavin;
General-leytenant Faiq Tağı-zadə - müavin;
General-leytenant Etibar Mirzəyev – müavin;
General-leytenant Ragim Lətifov – müavin;
Orucəli Hacıyev – müavin;
General-mayor Teymur Mehdiyev – müavin;
Tapdıq Əmiraslanov  - müavin;
General-mayor Adil Abdullayev müavin.

General-polkovnik Kəmaləddin Heydərov hazırda müavinləri ən çox olan nazirdir.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN: Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb