Modern.az

Bayramovun Mirzoyanla görüş yeri və TARİXİ

Bayramovun Mirzoyanla görüş yeri və TARİXİ

Ölkə

26 Fevral 2024, 16:40

Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüş vaxtı və yeri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan XİN mətbuat katibi Ani Badalyan məlumat yayıb.

 

Bildirilir ki, Ararat Mirzoyan və Ceyhun Bayramov arasında görüş fevralın 28-29-da Berlində baş tutacaq.

 

Qeyd edək ki, Azərbaycan və Ermənistan liderlərinin Münhendə keçirilmiş ikitərəfli görüşündə isə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Eyni zamanda, xarici işlər nazirlərinə sərhədlərin delimitasiyasına dair danışıqların davam etdirilməsi ilə bağlı tapşırıq verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi