Modern.az

Ana südü ilə qidalanan uşaqların sayı azalır - Milli Məclisdə müzakirə

Ana südü ilə qidalanan uşaqların sayı azalır - Milli Məclisdə müzakirə

27 Fevral 2024, 15:34

Ana südü ilə qidalanan uşaqların sayı get-gedə azalır.

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında Əhliman Əmiraslanov deyib.

 

Deputat bunun çox təhlükəli tendensiya olduğunu deyib. O bildirib ki, süni qidaların reklamı məsələsinə baxılmalıdır:

 

“Bir sıra ölkələrdə süni qidaların reklamı qadağandır. Düzdür, dünyanın bir çox ölkələrində həmin qidaların hazırlanması ilə məşğul olan şirkətlər var. Amma həmin qidalar nə qədər zəngin tərkibə malik olsalar da, ana südünü əvəzləyə bilməz. Buna görə süni qidaların reklamına qarşı mübarizə aparmaq lazımdır”.

 

Ə.Əmiraslanov vurğulayıb ki, gənc qadınlar arasında körpəsinə süd verməmək dəb halına düşüb: “Bu çox təhlükəli tendensiyadır. Bundan başqa, qeysəriyyə üsulu ilə körpə dünyaya gətirməklə təbii yolla doğuşun sayı da azalıb. Bunu müxtəlif yolla əsaslandırmağa çalışsalar da, inandırıcı görünmür. Həm körpəyə ana südü verməmək, həm də qeysəriyyə əməliyyatı yalnız həkim göstərişi ilə olmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir