Modern.az

Xəstə yanında qalmaq üçün 11 manat ödəniş edilməlidir - RƏSMİ

Xəstə yanında qalmaq üçün 11 manat ödəniş edilməlidir - RƏSMİ

27 Fevral 2024, 17:30

Sosial şəbəkələrdə və bir sıra kütləvi informasiya vasitlərində yayılan məlumata görə, TƏBİB tabeliyində olan tibb müəssələrində pasiyent yanında qalan şəxslər 11 manat ödəniş etməlidir.

 

Modern.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumatın doğru olduğu bildirilir. Saytımıza verilən açıqlamada bildirilir ki, TƏBİB tabeli tibb müəssisələrində tibbi göstəriş əsasında müayinə və müalicə xidmətləri sığorta hadisəsi çərçivəsində icbari tibbi sığorta təminatına daxil olmaqla əhaliyə ödənişsiz əsaslarla göstərilməkdədir.

 

"Xəstənin yaxını tərəfindən müşahidə xidməti isə icbari tibbi sığorta təminatına daxil olmayan əlavə ödənişli xidmət olub, TƏBİB-in Müşahidə Şurasının “TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən Xidmətlər Zərfinə daxil olmayan və ödənişli əsaslarla əhaliyə göstərilən tibbi xidmətlərin, habelə sığortaolunan hesab edilməyən şəxslərə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinə dəyişiklik edilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli 20-Q/2023 nömrəli qərarına əsasən, 12 yaşdan yuxarı pasientlərin 1 günlük müşahidəsi üçün 11,00 manat məbləğində tariflə təsdiqlənmişdir. Xidmət tibb müəssisəsinin müraciət zamanı xidməti göstərmə imkanından asılı olaraq razılığı əsasında, daxili resurslarına müvafiq qaydada göstərilir", - açıqlamada bildirilir.

 

Qeyd olunur ki, sözügedən tarif ancaq xəstə yaxınının tibb müəssisəsində qalmasını əhatə edir.

 

Qurumdan bildirilib ki, qərara əsasən bu xidmət, əlavə qayğıya ehtiyacı olduğundan 12 yaşa qədər uşaq və I qrup əlilliyi olan xəstələrin yaxınlarına sosial çərçivədə ödənişsiz əsaslarla göstərilməkdədir:


 
“Bütün digər hallarda TƏBİB tabeli tibb müəssisələrində xəstə yaxınlarının pasiyentləri ziyarəti xəstəxanadaxili qaydalara müvafiq olaraq ödənişsiz əsaslarla tənzimlənir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN: Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb