Modern.az

Ceyhun Bayramov Mirzoyanla görüşə GETDİ

Ceyhun Bayramov Mirzoyanla görüşə GETDİ

Ölkə

27 Fevral 2024, 18:06

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

 

Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı