Modern.az

Niderland kralından İlham Əliyevə təbrik MƏKTUBU 

Niderland kralından İlham Əliyevə təbrik MƏKTUBU 

27 Fevral 2024, 18:42

Niderlandın Kralı Villem-Aleksandr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Möhtərəm cənab Prezident.

 

Yenidən Azərbaycanın Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

 

Ölkələrimiz arasında dialoqun və əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

 

Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək şəhər kimi seçilməsi ölkənizin hər bir vətəndaşı və bütün dünya üçün dayanıqlı və təhlükəsiz gələcəyə töhfə verməklə yanaşı, Azərbaycana beynəlxalq nüfuzunu nümayiş etdirmək imkanı yaradır.

 

Qarşıda duran vəzifələrin icrasında Sizə uğurlar və müvəffəqiyyətlər arzulayıram"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?