Modern.az

Hökumət erkən nikahların qarşısını almaq üçün təkliflər hazırlayır

Hökumət erkən nikahların qarşısını almaq üçün təkliflər hazırlayır

Ölkə

28 Fevral 2024, 12:02

Erkən nikah təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində ciddi problemdir. Bununla bağlı BMT və digər təşkilatlar bütün ölkələrlə birgə qarşılıqlı fəaliyyət göstərir.

 

Modern.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov jurnalistlərə açıqlamasında bildirib.

 

Administrasiya rəsmisi qeyd edib ki, erkən nikahların qarşısını almaq məqsədilə müvafiq qanunlar və digər normativ-hüquqi aktlara əlavə və dəyişikliklər üçün təkliflər hazırlanıb. O deyib ki, əsas məqsədləri bu təkliflərin ictimaiyyətlə birgə müzakirəsi və effektiv həll yolunun tapılmasıdır:

 

"Erkən nikahlarla bağlı maarifləndirmə, ictimaiyyətin bu problemlərin həllinə qoşulması mühümdür. Təbii ki, biz anlayırıq ki, erkən nikah tək Azərbaycanda deyil, dünyada da ciddi problemdir. Bu problem bizi də narahat edir. Məqsədimiz balanslı, effektiv həll yollarının tapılmasıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu