Modern.az

Hərbçimiz Laçında İTKİN DÜŞDÜ - Əlverişsiz hava şəraitinə görə...

Hərbçimiz Laçında İTKİN DÜŞDÜ - Əlverişsiz hava şəraitinə görə...

Ölkə

28 Fevral 2024, 12:04

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilir ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.


Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu