Modern.az

Son 4 ildə içməli su itkisini 39%-ə endirmişik - Agentlik sədri

Son 4 ildə içməli su itkisini 39%-ə endirmişik - Agentlik sədri

Ölkə

28 Fevral 2024, 14:02

Ötən il bizim içməli su itkilərimiz 39 % olub. 


Modern.az xəbər verir ki, bunu  Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar" mövzusunda keçirilən dinləmələrdə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib. 


“Son dörd ildə içməli su itkisini 44 %-dən 39%-ə endirmişik. Amma 39 % qürur duyacaq bir rəqəm deyil. İçməli su sitemləri üzrə dünyada ideal rəqəm 10 %-in altındadır. Önümüzdəki 10 ildə içməli su itkilərimizi 20 %-ə salaraq 2050-ci ilə qədər də 10 %-dən aşağıya endirməyi hədəfləyirik. Qonşu Türkiyədə suvarma sistemlərində itki 65 %, içməli suda 30 %-dir. Əslində bizim 35 milyard su balansımız bizə yetərlidir. Biz sadəcə itkiləri azaltsaq və suyun səmərisiz istifadəsini ortadan qaldıra bilsək, suyumuz yetərlidir. Hətta biz suyu ixrac edəcək vəziyyətə gələ bilərik. Amma bu, bir-iki günə həll ediləcək məsələ deyil. Burda şüur, təhsil, maarifləndirmə dəyişilməlidir”, - deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Çəkiliş qrupumuz Kəlbəcərdə çətin anlar yaşadı