Modern.az

Prezident sərhəddəki təxribatlardan danışdı: \"Azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq\"

Prezident sərhəddəki təxribatlardan danışdı: \

28 Fevral 2024, 16:04

“Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq”.

 

Modern.az xəbər verir ki, bu barədə fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

 

“Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür”, - dövlət başçısı qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN: Ermənistan Müdafiə Nazirliyinin binası partladılıb