Modern.az

Yasamaldakı "Ətçilər" niyə sökülür? - Rəsmi CAVAB

Yasamaldakı

Ölkə

29 Fevral 2024, 13:38

Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları ləğv edilib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.

 

Uzun illərdir “Ətçilər” kimi tanınan ərazi M.Xiyabani küçəsində yerləşir. Bildirilir ki, burada əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən istifadə edilən kiçik obyektlər fəaliyyət göstərirdi.

 

Modern.az məsələni dəqiqləşdirmək üçün Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. 

 

Rayon təsərrüfat şöbəsinin müdiri Cəmil Qarayev məlumatın doğru olduğunu söyləyib. 

 

“Bəli, doğrudur. Hazırda illər öncə qanunsuz fəaliyyət göstərən, antisanitar vəziyyət yaradan kafe, ət kəsimi yerlərinin söküntüsü gedir. Söküntü işləri aparılır, ərazi təmizlənir, piyadalar üçün şərait yaradılır”. 

 

Cəmil Qarayev qeyd edib ki, sökülən kafe, ət kəsim yerləri yenidən istifadə üçün verilməyəcək:

 

“Bura tam qanunsuz, zəbt olumuş ərazilərdir. Burada heç vaxt kafe nəzərdə tutulmayıb. Ərazi təmizlənib,  nəzarətə götürüləcək”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi