Modern.az

“Qızıl Xaç”dan əsir düşən əsgərimizlə bağlı AÇIQLAMA

“Qızıl Xaç”dan əsir düşən əsgərimizlə bağlı AÇIQLAMA

Ölkə

29 Fevral 2024, 15:44

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbçisinin məsələsi barədə məlumatlıdır.


Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. 


"Biz bu məsələ barədə məlumatlıyıq və aidiyyatı qurumlarla ikitərəfli konfidensial dialoq aparırıq. Mandatına uyğun olaraq Beynəlxalq Qızıl Xaç Komitəsi saxlanılan şəxslərlə rəftar və saxlanma şəraitini monitorinq etmək, onların ailələri ilə əlaqə saxlamalarına dəstək olmaq üçün başçəkmə həyata keçirir",- deyə o bildirib. 


Qeyd edək ki, Ermənistan tərəfi ordumuzun dünün saxlanılan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində bir neçə maddə üzrə cinayət işi açılıb.


Bildirilir ki, Ermənistan İstintaq Komitəsinin dövlət əleyhinə cinayətlərin, konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizliyin araşdırılması baş idarəsində Ruslan Pənahova qarşı Cinayət Məcəlləsinin 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Azərbaycanlı əsgər təxribata cəhd, başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd, o cümlədən milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozmaqda ittiham olunur.


Ermənistan İstintaq Komitəsi bildirib ki, Ruslan Pənaxov müstəntiqin qərarı ilə həbs edilib. Hazırda onunla bağlı araşdırma davam etdirilir.


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, fevralın 28-i səhər saatlarında Ordumuzun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir