Modern.az

Antalyada Mirzoyan-Bayramov görüşü keçirilə bilər

Antalyada Mirzoyan-Bayramov görüşü keçirilə bilər

Ölkə

1 Mart 2024, 09:39

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Antalyaya səfəri çərçivəsində ikitərəfli görüşlər planlaşdırılır.

Modern.az xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan X mikrobloqunda yazıb.

"Müzakirələrdə və ikitərəfli görüşlərdə iştirak planlaşdırılır", - Badalyan qeyd edib.

Ararat Mirzoyan Antalya Diplomatik Forumunda iştirak etmək üçün martın 1-də Türkiyəyə işgüzar səfərə yola düşəcək. Onun forum çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla yenidən görüəşə biləcəyi mümkündür.

Türkiyənin Antalya şəhərində keçirləcək Diplomatik Forum 1-3 mafrt tarixlərini əhatə edəcək.

Xatırladaq ki, Mirzoyan və Bayramov fevralın 28-29-da Berlində sülh danışıqları aparıblar. 

Berlin görüşündə nazirlər və onların nümayəndə heyətləri “Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında” ikitərəfli saziş layihəsinin müddəalarını müzakirə ediblər. Açıq məsələlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub.

Səfər çərçivəsində nazirlərin Almaniyanın xarici işlər naziri Analena Berbok ilə həm ikitərəfli, həm də üçtərəfli formatda görüşü olub.

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu