Modern.az

Türkiyə qırıcısının bir parçası Azərbaycanda istehsal olunur - VİDEO

Türkiyə qırıcısının bir parçası Azərbaycanda istehsal olunur - VİDEO

1 Mart 2024, 13:07

“Artıq Azərbaycan öz müdafiə sənayesini qurub, gələcəkdə daha da güclənəcəyinə inanıram. İstehsalatda bacarıqlı insanlarınız var. “KAAN” beşinci nəsil hərbi təyyarəmizin bir parçası da Azərbaycanda istehsal olunur. Yəni, “KAAN”da Azərbaycandan bir parça var”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan mətbuatında açıqlamasında Türkiyənin Aviasiya və Kosmos Sənayesi şirkətinin (TÜSAŞ) Baş direktoru Temel Kotil Temel Kotil deyib.

 

“TUSAŞ olaraq Azərbaycanla çox sıx əlaqələrimiz var. Aramızda ortaq anlaşmalar da imzalanıb. İşlərimizi çox sıx münasibətlərlə davam etdirəcəyik. Azərbaycandakı müəssisələri də gedib gördük. Azərbaycan gənclərinin bizimlə işləməsini çox istəyirik”, - deyə Baş direktor bildirib.

 

Qeyd edək ki, "Kaan" ilk uçuşunu 21 fevral 2024-cü ildə həyata keçirib. Təyyarənin ilkin olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin inventarında olan köhnə F-4 və F-16 təyyarələrini əvəz edəcəyi və daha sonra xarici ölkələrə ixrac ediləcəyi gözlənilir.

 

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dənizli əyalətinin cənub-qərbində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində deyib ki, beşinci nəsil hərbi təyyarələrin 2028-ci ildə döyüş növbətçiliyinə təhvil verilməsi planlaşdırılır.

 

Onun sözlərinə görə, beşinci nəsil təyyarənin işlənib hazırlanması prosesi Türkiyədə təxminən 15 ildir davam edir və hazırda KAAN təyyarəsinin uçuş sınaqlarının başlanmasını nəzərdə tutan kritik mərhələ arxada qalıb. “Döyüş təyyarəsinin ilk uçuşu uğurla başa çatıb. İlk KAAN təyyarələrini 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verməyi planlaşdırırıq”, - deyə Türkiyə rəhbəri bildirib.

 

Azərbaycan isə hələ ötən ildən “Kaan” proqramının rəsmi üzvü olub. Müqaviləyə görə “Kaan”ın birgə istehsal və təkmilləşdirmə fəaliyyəti ilə bağlı iş prosedurları, əməkdaşlıq prinsipləri müəyyən ediləcək və Azərbaycanın təyyarələr üçün alt sistemləri istehsal etməsinə zəmin yaranacaq. Saziş Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-23” 16-cı Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində imzalanıb.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir