Modern.az

Azərbaycan prezidentinin keçmiş cangüdəni təqaüdə göndərildi - FOTOLAR

Azərbaycan prezidentinin keçmiş cangüdəni təqaüdə göndərildi - FOTOLAR

11 Oktyabr 2013, 11:00


Azərbaycan Respublikasının “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanununa müvafiq olaraq ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədovun əmri ilə Penitensiar Xidmətin rəis müavini, ədliyyə polkovniki Mahir Çingiz oğlu Musayev ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bu barədə Modern.az saytına Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Modern.az saytının məlumatına görə, Mahir Musayev 1975- ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakultəsini, 1985-ci ildə isə SSRİ DİN-nin Akademiyasını bitirib.
 
1975-ci ildən hüquq-mühafizə orqanlarında xidmətə başlayıb. 1988-ci ildə Bakı şəhəri Əzizbəyov rayon Daxili İşlər Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub. 1992-ci ildən Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində çalışıb. Mahir Musayev eks-prezidentlər Əbülfəz Elçibəy və Heydər Əliyevin cangüdənlərindən biri olub.
 
2007-ci ilin fevral ayından indiyədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini vəzifəsində işləyirdi, ədliyyə polkovnikidir. Ailəlidir, 3 övladı, 2 nəvəsi var.





A.Qorxmaz
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi