Modern.az

Azərbaycana qarşı dezinformasiyalarla birlikdə mübarizə aparacağıq - İşbilir

Azərbaycana qarşı dezinformasiyalarla birlikdə mübarizə aparacağıq - İşbilir

3 Mart 2024, 14:33

Bir neçə gün əvvəl Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunub. Belə ki, bu vəzifəyə Alptekin Cihangir İşbilir gətirilib.

 

Alptekin Cihangir öz təəssüratlarını Modern.az-la bölüşüb.

 

O, Azərbaycanda məsuliyyətli vəzifəyə təyin olduğuna görə məmnun olduğunu bildirib:

 

“Bu, mənim üçün son dərəcə şərəfli vəzifədir. Azərbaycana xidmət üçün gələrkən öz vətənimə xidmət edirmiş kimi düşünürüm. Qardaş ölkədə şərəfli vəzifə üçün bir daha təşəkkürümü bildirirəm. Bundan sonra hər iki ölkənin böyüməsi üçün əlimizdən gələni edəcəyik. Qarşıda bir çox hədəfimiz var. Gənc və istedadlı jurnalistlərin inkşafı üçün çalışacağıq. Bundan əlavə, Qarabağ savaşından sonra Azərbaycana qarşı Qərb ölkələrindən dezonformasiyaların çox yayıldığını müşahidə edirik. Bundan sonra dezonformasiyalara qarşı mübarizə aparmağı gücləndirməyi düşünürük. Azərbaycandan olan bir neçə məsul şəxslə görüşlərimiz olub, müxtəlif mövzular ətrafında müzakirə aparmışıq. Yaxın günlərdə vəzifəmin icrası üçün Bakıda olacağam”.

 

Cihangir İşbilir Türkiyənin "Anadolu" informasiya agentliyinin xəbər akademiyasının müdiri vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Türkiyənin Azərbaycandakı səfirliyində mətbuat müşaviri kimi çalışan Hüseyn Altınalan fəaliyyətini ötən ilin noyabr ayında başa vurub. O, 2019-cu ilin oktyabrın 11-dən səfirlikdə çalışırdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi