Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirib. Əməliyyat bir sıra qanun pozuntuları ilə bağlıdır. Hələ ki, saxlanılan yoxdur.
Modern.az-ın məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı məlumatı təkzib edilib.
***
16:22
Bu gün mətbuatda hüquq-mühafizə orqanları tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində əməliyyat keçirildiyinə dair məlumat yayılıb. Xəbəri ilk dəfə "sfera.az" saytı paylaşıb.
Xəbərdə deyilir ki, əməliyyat zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev və digər müavinlər, eləcə də Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, Baş memar Elxan Məmmədov saxlanılıb.
Modern.az məsələni dəqiqləşdirmək üçün Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.
İcra Hakimiyyətindən saytımıza açıqlamada bildirilib ki, belə bir əməliyyat keçirilməyib. "Müxtəlif xəbər saytlarında dərc olunan məlumat həqiqəti əks etdirmir", - açıqlamada deyilir.