Modern.az

Qadınları kişilərindən çox olan, qızları subay qalan ölkələr - SİYAHI

Qadınları kişilərindən çox olan, qızları subay qalan ölkələr - SİYAHI

11 Oktyabr 2013, 15:35

Dünya əhalisi hər il artır. Hazırda Yer üzərində 7,1 milyarddan çox insan yaşayır. Yer əhalisinin cinsi tərkibinə gəldikdə kişilərin qadınlar üzərində nisbi çoxluğunu müşahidə etmək olar. Orta hesabla doğulan hər 100 qıza 104-107 oğlan düşür. Lakin qadınlar kişilərdən çox yaşadığına görə bu nisbət tədricən qadınların xeyrinə dəyişir.

Hazırda Yer kürəsində bütün yaş qrupları üzrə 100 kişiyə 98,6 qadın düşür. Lakin dünya üzrə qadınların dəqiq sayını müəyyənləşdirmək çətindir. Onların təxminən 3,5 milyard nəfərdən çox olduğu güman edilir. Kişilərlə qadınların nisbəti ayrı-ayrı ölkələrdə müxtəlifdir.
Ənənəvi oğlan uşaqlarına üstünlük verən Çin Xalq Respublikası kişilərin qadınlardan çoxluğuna görə dünyada birincidir. Bu ölkədə kişilərin sayına nisbətdə 79 milyon qadın çatışmır.

Yaponiyada isə əksinə 61,97 milyon kişiyə 64,72 milyon qadın düşür.
Elə Yeni Zellandiyada da qadınlar kişiləri “sıxışdırırlar”. Yeni Zellandiyada kişilərin sayı açıq-aşkar azalmaqdadır. Bu ölkədə 100 qadına 89 kişi düşür. 24-45 yaş arası olan minlərlə qadın ərə getməyə kişi tapmır, subay qalırlar.

Braziliyada qadınlarla say nisbətində 3 milyon kişi çatışmır.

Ümumiyyətlə, Asiya qitəsi, Afrikanın Şimalı, Yaxın və Orta Şərqdə, Mərkəzi Amerikada kişilər əhalinin 50%-dən çoxunu təşkil edir.

Avropa ölkələrinin demək olar hamısında, Afrikanın Cənubu və Venesuela istisna olmaqla bütün Latın Amerikası ölkələrində isə qadınlar çoxluq  təşkil edir.

Kişilərlə nisbətdə qadınların ən böyük üstünlük təşkil etdiyi ölkələrdən biri Rusiyadır. Bu ölkədə 66 milyon kişiyə 76 milyon qadın düşür. Bu fərq xüsusən yuxarı yaşlarda çox hiss olunur. Faizlə bu nisbət 53,7% - 46,3% şəklindədir.

Ümumiyyətlə orta hesabla hər 100 kişiyə düşən qadın sayına görə Estoniya – 117, Rusiya – 116, Latviya və Ukrayna – 116, Belarus – 114 qadınla ilk pillələrlərdədir.
Yeri gəlmişkən, Azərbaycanda da qadınların sayı kişilərin sayından hələ ki çoxdur, rəsmi məlumata görə, indi ölkəmizdə  hər 1000 kişiyə 1013 qadın düşür. Amma Azərbaycanda bu nisbət ildən-ilə azalmaqdadır.

Aşağıda qadın-kişi nisbətini əks etdirən siyahı verilib:

Ölkənin adı                     Ümumi əhali                      kişilər            qadınlar

Belarus                            9,715 milyon                        46,7                  53,3
Portuqaliya                      10,584 milyon                      48,4                  51,6
Yunanıstan                      11,148 milyon                        48,5                   51,5
Estoniya                            1,344 milyon                       46,1                   53,9
Böyük Britaniya                 60,623 milyon                      49                       51
Fransa                                61,353 milyon                   48,6                  51,4
İsveç                                  9,081 milyon                     49,6                   50,4
Almaniya                           82,376 milyon                    48,9                   51,1
ABŞ                                   304,6 milyon                    49,3                   50,7
Argentina                           33,4 milyon                       48,9                   51,1
Misir                                   74,1 milyon                      51,4                   48,6
Türkiyə                                75,9 milyon                     50,5                   49,5
Qazaxıstan                           18,9 milyon                     48,3                   51,7
İran                                      71,4 milyon                    50,8                   49,2
Ermənistan                           3,029 milyon                  48,5                   51,5

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU