Modern.az

Ermənistan azərbaycanlı əsgəri geri qaytaracaq 

Ermənistan azərbaycanlı əsgəri geri qaytaracaq 

Ölkə

4 Mart 2024, 22:21

İrəvan xoşməramlılıq əlaməti olaraq və Ermənistanla Azərbaycan arasında əldə edilmiş razılaşma əsasında azan hərbi qulluqçunun tez bir zamanda geri qaytarılması üçün Ruslan Pənahovun Azərbaycana təhvil verilməsinə qərar verib.

 

Modern.az xəbər verir ki, bu bardə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

 

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

 

Ermənistan tərəfi şərti sərhədi keçən Azərbaycan əsgərinin saxlanıldığını bildirib. İstintaq Komitəsi azərbaycanlı hərbçi Ruslan Pənahovla bağlı cinayət təqibinə xitam verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu