Modern.az

Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşdü 

Hikmət Hacıyev Türkiyə XİN başçısının müavini ilə görüşdü 

6 Mart 2024, 21:10

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serimlə regional normallaşma proseslərini müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti sosial şəbəkədə bildirib.

 

“Nazir müavinimiz Yasin Ekrem Serim Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tərəfindən qəbul edilib.

 

Görüşdə qardaşlıq münasibətlərimiz və regional normallaşma prosesi ətrafında fikir mübadiləsi aparılıb”, – paylaşımda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu