Modern.az

Paytaxtda avtobus zolaqlarının sayı lazım olandan azdır

Paytaxtda avtobus zolaqlarının sayı lazım olandan azdır

11 Mart 2024, 13:16

“Bu gün 160 avtobus zolağı olmalıdırsa, hazırda bu say 60-dır”.


Modern.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deyib.

 

"İndiki şəraitdə bizdə ciddi avtobus çatışmazlığı var. İndi əsas məqsədimiz mövcud avtobuslardan istifadə etmək və onların tıxacda qalmamasıdır. Bundan əlavə, gələcəkdə Bakıda 120-yə qədər skuter stansiyalarının olması gözlənilir. Həmən stansiyalara skuter, velosiped yerləşdiriləcək”,-deyə o bildirib.

 

Nazir müavini qeyd edib ki, bu il 100 elektrikli avtobus ölkəyə gətiriləcək.

 

“Növbəti illərdən bu sayın artmasını proqnozlaşdırırıq. Bu gün bizə ictimai nəqliyyatda 2500 avtobus lazımdır. Bunu özəl sektorun öhdəsinə qoyduq, görürük ki, öhdəsindən gələ bilmir. Tariflərin də o həddə qədər artırılmasına biz qarşıyıq. Ona görə də dünya ölkələrində ictimai nəqliyyatda dövlət dəstəyi təcrübəsi var. Bizdə də yaxın zamanda buna gedilməsi planlaşdırılır”,-deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu