Modern.az

Azərbaycan-Albaniya əlaqələri uğurlu modelə çevrilə bilər - Albaniyalı ekspert 

Azərbaycan-Albaniya əlaqələri uğurlu modelə çevrilə bilər - Albaniyalı ekspert 

14 Mart 2024, 22:07

Azərbaycan Respublikası 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra yaralanıb və təəssüf ki, müstəqiliyin ilk illərində işğala və qırğınlara məruz qalıb. Ancaq Heydər Əliyevin rəhbərliyi ilə dövlətin qurulması və möhkəmlənməsi istiqamətində böyük yol qət edilib.

 

Bunu albaniyalı siyasi ekspert Anisa Bahiti Modern.az üçün yazdığı məqalədə bildirib.

 

O qeyd edib ki, Azərbaycan neft, qaz, faydalı qazıntılar kimi təbii sərvətlərə, o cümlədən kənd təsərrüfatı, turizm və mədəni irsə yönəlmiş sürətli mühüm iqtisadi islahatlar həyata keçirib.

 

Ekspertin sözlərinə görə, ən mühüm layihələrdən biri də Xəzər dənizindən təbii qazı Avropaya, məhz Albaniya vasitəsilə nəql edəcək, Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əsas oyunçuya, eyni zamanda Albaniya üçün çox mühüm tərəfdaşa çevirəcək məşhur TAP idi.

 

Siyasi şərhçi deyir ki, Albaniyanə və Azərbaycan arasında 10 ildə münasibətlər həlledici və güclü olub:

 

"Bir neçə il ərzində Azərbaycan və Albaniya iqtisadi və siyasi mübadilələri əhəmiyyətli dərəcədə artırıb. Bu əlaqələrin möhkəmlənməsində prezidentlər Bayram Beqac və İlir Meta, Baş nazir Edib Rama həlledici rol oynamışlar. Xüsusilə, Beqacın prezidentliyi dövründə Bakıya və Tiranaya ən yüksək səviyyəli dövlət səfərləri həyata keçirilib. Qarşılıqlı vizaların ləğvi və səfirliklərin açılması bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret addımlar olub. Baş nazir Edi Ramanın Bakıya son səfəri zamanı yekunlaşan SOCAR dövlət şirkəti tərəfindən Korça şəhərinin qazlaşdırılması üzrə pilot layihə kimi iqtisadi layihələr bu əlaqələrin möhkəmləndirilməsi istiqamətində daha konkret addımlardır".

 

Anisa Bahiti deyir ki, daha çox əlaqələr və intensiv səfərlər biri Qafqazda, digəri Adriatikdə olan iki müttəfiq ölkə arasında bu ittifaqı daha da gücləndirəcək. 

 

"Vizanın ləğvi sayəsində Azərbaycan albanlar üçün Türkiyə kimi olacaq. İqtisadi əlaqələr qarşılıqlı fayda üçün ölkələrimizi daha çox birləşdirəcək. Təbii ki, mədəniyyət, incəsənət, idman sahələrində daha çox işlər görülməlidir. Artıq təməllər qoyulub, niyə də olmasın, bu dostluq daha da möhkəmlənə və uğurlu modelə çevrilə bilər", - ekspert sözlərini yekunlaşdırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu