Ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər və ya 0,03 faiz artıb.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Beləliklə, 2024-cü il fevral ayının 1-i olan vəziyyətə görə Azərbaycan əhalisinin sayı 10183661 nəfər təşkil edib.
Məlumata görə, əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Hesabatda bildirilir ki, cari ilin yanvar ayı ərzində ölkədə 5518 ölüm halı qeydə alınıb. 2023-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,8-dən 6,4-ə düşüb.