Modern.az

Stoltenberq Ukraynaya görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

Stoltenberq Ukraynaya görə Azərbaycana TƏŞƏKKÜR ETDİ

17 Mart 2024, 20:49

"Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəsini davam etdirir".

 

Modern.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

 

"NATO müttəfiqləri davam edən bu müharibədən narahatlıq duyur və Ukraynaya yardımı davam etdirir.

 

Mən Azərbaycanın Ukraynaya çox ehtiyac duyulan humanitar yardımına görə təşəkkür edirəm. Belə yardımlar çox vacibdir və davam etməlidir", - Stoltenberq bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama