Modern.az

\"Qış parkı\"ndakı dayanacaqda bahalaşma - Parkinq qiymətləri

\

27 Mart 2024, 09:52

Nəsimi rayonu ərazisində yerləşən "Qış parkı"ndakı yeraltı avtomobil dayanacağında parkinq üçün tətbiq edilən qiymətlər açıqlanıb.

Modern.az-ın məlumatına görə, yeni tariflər aprelin 1-dən tətbiq ediləcək.

Parkinqdə 4000-dək avtomobilin parklanması üçün şərait var.

Gündəlik tariflər aşağıdakı kimi olacaq:

0-2 saat - 1 manat;

2-4 saat - 2 manat;

4-6 saat - 3 manat;

6-10 saat - 4 manat;

10-12 saat - 5 manat;

12-24 saat - 8 manat.
 

Aylıq tariflər isə belə olacaq:
 

Bir günə 12 saatlıq - 80 manat (əvvəllər 30 manat);

Bütün günü (24 saatlıq) - 120 manat (əvvəllər 60 manat);

Qonşular tarifi - 50 manat (əvvəllər 20 manat).

 

1334092

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ