Modern.az

ABŞ səfiri Morninqstar İlham Əliyevin andiçməsilə bağlı BƏYANAT verdi

ABŞ səfiri Morninqstar İlham Əliyevin andiçməsilə bağlı BƏYANAT verdi

21 Oktyabr 2013, 12:33

”Amerika Birləşmiş Ştatları yeni prezidentlik müddətində Prezident Əliyev və Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyir”.
Modern.az saytı xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident İlham Əliyevin inauqurasiyası ilə bağlı verdiyi bəyanatında bildirib.

ABŞ səfirliyindən Modern.az-a daxil olan bəyanatda daha sonra qeyd edilib:

”İstənilən tərəfdaşlar arasında olduğu kimi, bizim də fikir ayrılıqlarımız, eyni zamanda çoxlu ortaq maraqlarımız da var. Biz Azərbaycanda demokratik dəyər və prinsipləri təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik. Biz, həmçinin, Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün Azərbaycan hökuməti ilə fəal əməkdaşlıq edəcəyik. ABŞ-Azərbaycan ikitərəfli gündəliyi geniş və önəmlidir, buraya regional təhlükəsizlik, terrorizmlə mübarizə, enerji təhlükəsizliyi və iqtisadi diversifikasiya daxildir. Biz növbəti beş ildə Azərbaycan xalqı və hökuməti ilə əlaqələrimizi genişləndirmək və dərinləşdirməyə ümid edirik”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi