Modern.az

Prezident nazirlərlə bağlı SƏRƏNCAM verdi

Prezident nazirlərlə bağlı SƏRƏNCAM verdi

21 Oktyabr 2013, 13:16

Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlki hakimiyyət komandasının hələlik saxlanılmasını qərara alıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”-deyə sərəncamda bildirilir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi