Modern.az

Gədəbəyin adı niyə dəyişməlidir? - Mübahisəli RAYONLAR

Gədəbəyin adı niyə dəyişməlidir? - Mübahisəli RAYONLAR

Ölkə

2 Aprel 2024, 09:45

Modern.az saytı adları mübahisə doğuran bəzi rayonlarla bağlı tanınmış şəxslərin rəylərini öyrənməyi qərara alıb. Ötən dəfə İmişli rayon barədə yazmışdıq. Bu dəfə mövzu ilə bağlı növbəti rayon olaraq Gədəbəyi seçdik. 

Bu rayonun da adı birmənalı qarşılanmır. Hətta Gədəbəyin adının dəyişdirilməsini təklif də edənlər var.  Bu təklifin müəllifləri rayonun adındakı "Gədə" və "bəy" sözlərinin yaxşı assosiasiya doğurmadığını əsas gətirirlər.

Gədəbəy adının yaranması ilə bağlı müxtəlif fərziyələr mövcuddur. Məsələn, belə bir idda var ki, nə vaxtsa kimsə rbu yaşayış məntəqəsinə gəlib və yerli adamdan soruşub ki, “buranın adı nədir?”. O da deyib ki, “get a bəy”. Guya, ad da burdan törəyib.

Gədəbəyin müxtəlif etimologiyası olduğu qeyd edilib. Dilçilərin əksəriyyəti “Gədəbəy” sözünün ərəb dilindəki “Qodabek” sözündən götürüldüyünü deyirlər. Bu sözün isə tərcüməsi “mis bəyi” deməkdir.  Başqa bir ehtimala görə isə, "Dədəbəy" sözü deformasiyaya uğrayaraq "Gədəbəy2 olub. Orta əsrlərdə bu torpaqların bir hissəsi Atabəy, Şəkərbəy, Gədəbəy – ata və oğulları arasında bölüşdürülüb. 

Ümumiyyətlə, Gədəbəy adı ilə bağlı onlarla rəvayət mövcuddur. Bir ehtimala görə, Gədəbəy toponimi qədim türkcə gədə – keşikçi və bək – təpə sözlərindən ibarətdir, mənası "gözətçi təpəsi" deməkdir. 

Mövzu ilə bağlı Modern.az-a danışan gədəbəyli alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli deyib Gədəbəyin mənası qıpçaq türkçəsi ilə bağlı anlayışdır:

“Sonrakı dönəmlərdə, xüsusən son əsrlər bir az təhrif olunaraq indiki halını alıb. Orta əsr abidələrində də, orta ərsin tanınmış alimlərinin əsərlərində də bu “Kedabek” anlamındadır.  Mən daha çox bunu qəbul edirəm. Hesab edirəm ki, bu ad  “dağları gözətləyən bəy” anlamındadır. 
Əslində “bek”  sözü daha çox eli-obanı qoruyan “keşikçi”, “bekçi”  anlamını əks etdirir. “Bek” sözü eli-obanı qoruyan mənasını kəsb edir. Eləcə də Bakı sözünün  “bek sözünün törəməsi olduğuna inanıram. Bununla bağlı Rəsulzadənin də araşdırmaları var. Qıpçaq türkçəsində isə daha çox dağları, coğrafiyanı müdafiə edən mənasındadır. Sonralar bu söz indiki şəklini alıb. "Gədəbəy" sözünün yanlış anlaşılmasına səbəb fars dilində aşağılayıcı anlamına gəlməsidir”.


Faiq Ələkbərli rayonun adının dəyişilməsi məsələsinə də münasibət bildirib:
 

“Qıpçaq türkçəsindəki anlayışın bərpası mümkün deyil. İndiki mənada isə yanlış anlaşılmalar var. Ona görə də  mənə elə gəlir ki, ancaq doğru izahlar verərək məsələni həll etmək olar. Yoxsa bizim rayonun adının farslarla heç bir əlaqəsi yoxdur. Yalnız türk toponimləri ilə əlaqəsi var. Qafqaz Albaniyasının ədəbiyyat nümayəndəsi Kirakos Gəncəlinin, alban tarixçisi Mxitar Qoşun, orta çağda yaşamış başqa alban mənşəli şəxslərin, qıpçaq kökənli digər şəxslərin tədqiqatlarında bu ad “Kedabek” olaraq keçir".

Azərbaycan Tibb Universitetinin dosenti, əslən gədəbəyli Rəşid Mahmudov da rayonun adının dəyişdirilməsinin tərəfdarı deyil:

“Gədəbəy sözünün böyük, tarixi mənası var. “Gədə” sözü ayrı mənanı verir, “gəda” isə ayrı. “Gəda” sözü ilə rayonun adının əlaqəsi yoxdur. Gədəbəy qədim türklərə, türk tarixinə bağlı addır”.

 

“Yemişli” “İmişli”yə necə çevrilib... - Adları mübahisə doğuran RAYONLAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir