Modern.az

Azərbaycanda əfv gözlənilir - Komissiyanın ilk iclası sabah BAŞLAYIR

Azərbaycanda əfv gözlənilir - Komissiyanın ilk iclası sabah BAŞLAYIR

Ölkə

2 Aprel 2024, 16:11

Sabah Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının ilk iclası keçiriləcək.

 

Bunu Modern.az-a açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid bildirib.

 

"Son illər adətən yanvar ayından başlayaraq Əfv Komissiyasının iclasları keçirilirdi. Bu il çox güman ki, prezident seçkilərinə görə proses yubandı. Artıq sabahdan başlayaraq Əfv Komissiyasının iclasları keçiriləcək. Komissiya həmişə məhsuldar işləyir. Hər bir müraciət nəzərə alınır və komissiyanın bütün üzvlərinin münasibətindən sonra yekdil qərar qəbul olunur", - o deyib.

 

R.Məcid əfv sərəncamının may ayında imzalana biləcəyini deyib:

 

"Komissiyanın çox güman ki, may ayına qədər mütəmadi iclasları keçiriləcək. Müraciətlərə baxıldıqdan sonra sənədlər hazırlanıb prezidentə təqdim olunacaq. Müraciətlərin həcmindən asılı olaraq may ayında əfv sərəncamı imzalana bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!