Modern.az

Son 15 ildə pensiyaçıların sayı necə dəyişib... - QRAFİK

Son 15 ildə pensiyaçıların sayı necə dəyişib... - QRAFİK

Ölkə

4 Aprel 2024, 11:09

Dövlət Statistika Komitəsinin (DSK) bu yaxınlarda pensiyaçıların sayı ilə bağlı açıqladığı rəqəmlər mətbuatda və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Komitə bildirir ki, 2024-cü il yanvarın 1-inə olan məlumata görə, Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 96 min pensiyaçı qeydiyyatda olub. Bu ölkə əhalisinin 10.8 faizini təşkil edir. Keçən ilin yanvarın 1-nə olan vəziyyətlə müqayisədə ölkəmizdə pensiyaçıların sayı 18200 nəfər və ya 1.7 faiz azalıb.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev saytımıza açıqlamasında pensiyaçıların sayının azalmasını 2017-ci ildə bu sahədəki qanuna edilən dəyişikliklərlə əlaqələndirib. “Dəyişikliyə əsasən, Azərbaycanda kişilər və qadınlar 65 yaşdan pensiyaya çıxacaqlar. O zaman kişilər 63, qadınlar isə 60 yaşdan pensiya alırdı. Qərara alındı ki, kişilərin pensiya yaşı 4 il ərzində 63-dən 65-ə, qadınlarınkı isə 10 il ərzində hər il 6 ay artırılmaqla 60-dan 65-ə qaldırılsın. Kişilərdə pensiya yaşı artıq 65-ə çatıb. Qadınlarda isə hələlik pensiya yaşı 63-dür. Əvvəl 60 yaşında pensiya alan qadınlar indi 63 yaşdan pensiya alırlar. Deməli, ortada 3 il gecikmə var. 3 il ərzində 8-9 min adam pensiyaya çıxırdısa, artıq bu, belə deyil”, - o deyib.

 

Modern.az-ın məlumatına görə, pensiyaçıların sayının azalması sadəcə son il ərzində baş verməyib.

 

Belə ki, 2017-ci ildə baş verən dəyişikliklərdən sonra ölkəmizdə pensiyaçıların sayı davamlı azalıb. Həmin ilin məlumatına görə, Azərbaycanda 1.3 milyondan çox pensiyaçı olub. Beləliklə, 2018-ci ildən bu yana ölkədə pensiyaçıların sayı 222 mindən çox azalıb.

 

Komitə sədri pensiyaçılarının sayının azalmasının 2026-cı ilə qədər davam edəcəyini vurğulayıb.

 

1336264

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi